25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Sənan Qurbanov: “Fiziki cəhətdən çox güc itirdik”

"Gərgin oyun oldu. Qarşılıqlı top itkiləri oldu. Buna görə fiziki cəhətdən çox güc itirdik. Heç-heçə ədalətli nəticədir. Bu gün sonuncu pillədən qurtulmaq üçün şansımız var idi. 4 gün sonra kubokunu yarımfinal mərhələsi keçiriləcək. "Zirə" ilə matçda işimiz çətin olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqansının 23-cü turunda evdə "Sabah"la qolsuz heç-heçə edən "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında deyib.

- Bu gün çox əsəbi idiniz.

- Bəzən olur belə şeylər. İşlər qaydasında getmədi. İstəmirdim qol buraxaq. Ona görə bir az emosional oldum.

- 2 oyundur qol vura bilmirsiniz...

- Biz də hücumçuların qol vura bilməməsindən narahatıq. Daima bu barədə söhbət edirik. İstəyirik onlar qol vursun. Müdafiəçimiz Azər Salahlı komandanın bombardiridir. İstərdik ki, hücumçular da qol vursun. Ümid edirəm ki, növbəti görüşlərdə qol və qollar vura biləcəyik.

- Bəlkə Turan Vəlizadənin yerinə başqa oyunçunu sınayasınız?

- Gənc futbolçu daima oynamalıdır. Bəzən elə olur ki, seçimimiz çox olmur. Heyəti müəyyənləşdirəndə belə addımlar atırıq. Turan gəncdir. Gərək çox çalışsın. Limitə görə oynayır, gələcəkdə özü bu yeri haqq etməli olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30