2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Ölkə futbolu

AFFA-dan Syominə 5 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın VI turunun AZAL - “Qəbələ” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 50-ci dəqiqəsində “Qəbələ” klubunun 4  №-li futbolçusu Amit Quluzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər bir şəxs 1 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun məşqçisi Andrey Syomin hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31