28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sumqayıt” layiqli qələbə qazandı”

"Oyunun ağır keçəcəyini bilirdik. Ceyms Adeniyi, Merab Giqauri və Niklas itkiləri bizə çətinlik törətdi. Onların boşluğunu doldura bilmədik. Ayxan Abbasovu təbrik edirəm. Layiqli qələbə qazandılar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, bu məğlubiyyətin komandanı ruhdan salmayacağını bildirib: "Bu gün ümumi oyun planında çatışmazlıqlar var idi. Planlaşdırdığın futbolçular üzərində oyun qurursan, onlar olmadıqda vəziyət 180 dərəcə dəyişir".

Baxşıyev Asif Məmmədovun erkən əvəzlənməsinin oyuna təsirsiz ötüşmədiyini də söyləyib: "Asif komandanı həm müdafiə, həm də hücum planında toparlaya biləcək futbolçudur. Təcrübəsi komandanı özü ilə aparır. Amma itki təkcə o deyildi. Zədəli və cəzalı futbolçularımızın qayıdışından sonra komandanı toparlayacağımıza ümid edirəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31