24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” - “Neftçi”: 56-cı duel

Azərbaycan Premyer Liqasında XXII turunda “Qəbələ” “Neftçi” ilə görüşəcək.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı oyun iki komanda arasında 56-cı duel olacaq. İndiyədək komandalar 55 dəfə üz-üzə gəlib. Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 25 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 79 qol buraxıb.

Qəbələdəki görüş Premyer Liqa çərçivəsində 51-ci qarşılaşma olacaq. Əvvəlki 50 qarşılaşmada 16 qələbəsi olan “Qəbələ” 10 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 60 dəfə yol tapan “qırmızı-qaralar” 73 top buraxıb.

“Qəbələ” “Neftçi” ilə 28-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 27 matçda “Qırmızı-qaralar” 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 35, qonaqlar 40 qol vurub.

Xatırladaq ki, aprelin 10-da Qəbələ şəhər stadionunda keçiriləcək matç 16:00-da başlayacaq (gabalafc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30