25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

AVRO-2020: Bakıdakı oyunlara bilet satışının bərpa vaxtı məlum oldu

AVRO-2020-nin Bakıda oyunları üçün bilet satışının bərpa ediləcəyi tarix bəlli olub.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, biletlər mayın ortalarından satışda olacaq. Biletləri UEFA-nın rəsmi saytı vasitəsi ilə yalnız onlayn almaq mümkündür.

Qitə futbol qurumu daha əvvəl Azərbaycan paytaxtındakı matçlar üçün qiymətləri 30 avro, 75 avro və 125 avro məbləğində müəyyənləşdirib.

Ötən ilin fevralında açıqlanmış son məlumata əsasən, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmalara 118840 bilet satılmışdı. Onların hansı qarşılaşmalar üçün satıldığı, hansı ölkələrdən alındığı, neçəsinin geri qaytarıldığı, bilet qiymətlərində dəyişiklik olub-olmayacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30