19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

Ayxan Abbasov: “Neftçi”nin boşluqlarını bilirdik”

"Komandanı çətin oyun gözləyirdi. Rəqibimiz çempionatın iki liderindən biri olan "Neftçi" idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında deyib.

O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Bizə də xallar lazım idi, çünki aşağıdakı rəqiblər çata bilər. Millinin toplanışından dönən oyunçular 3-4 gün məşq etmişdi. "Neftçi"ni yaxşı analiz etmişdik. Onların boşluqlarını bilirdik. Futbolçulara hər şeyi aşıladıq. Düşündüyümüz epizodlar oldu və qola çevirdik. Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır. Çempionatda 7 oyun qalıb. Bu qələbə münasibəti ilə azarkeşlərimizi də təbrik edirəm. Baxmayaraq ki, onlar yanımızda deyil, amma dəstəklərini həmişə hiss edirik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31