20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sabah” - “Qəbələ”: 14-cü duel

Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra Azərbaycan Premyer Liqasındakı ilk oyununda “Qəbələ” səfərdə “Sabah”la görüşəcək.

Futbolxeber.az-ın “Qırmızı-qaralar”ın rəsmi saytına verdiyi məlumata görə, bu, iki komanda arasında 14-cü matç olacaq. İndiyədək keçirilən 13 oyundan 9-u Premyer Liqa, 4-ü ölkə kuboku çərçivəsində baş tutub. 8 dəfə qalib gələn “Qəbələ” 1 dəfə heç-heçə edib və 4 matçda uduzub. Bu qarşılaşmalarda 17 top vuran “Qəbələ” 13 qol buraxıb. “Qırmızı-qaralar”ın “Sabah”la görüşlərdəki ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.

Premyer Liqada komandalar hərəyə 4 qələbə qazanıbsa, bir görüşdə sülh qeydə alınıb. Çempionatda 9 qol vuran “Qəbələ” 11 top buraxıb.

“Qəbələ” səfərdəki 7 görüşdə 4 dəfə qaib gəlibsə, 3 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi meydan sahiblərinin xeyrinədir - 9-8.

Xatırladaq ki, aprelin 4-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30