24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Serbiya millisinin direktoru: "Azərbaycanla oyunu qorxu içində izlədik"

"İlk 3 oyun üçün qarşıya qoyulan vəzifə yerinə yetirildi. Bu müddətdə ən zəif matçımızı Azərbaycana qarşı keçirdik. Amma yenə də vacib 3 xal qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri fubol üzrə Serbiya millisinin direktoru Stevan Stoyanoviç DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan yığmalarına qarşı oyunları dəyərləndirərkən deyib.

57 yaşlı funksioner komandanı layiqli mübarizə münasibətilə təbrik edib: "Sonuncu matçın çətin olacağını bilirdik. Çünki qısa vaxt ərzində 3 oyun keçirdik. İstirahət üçün vaxtımız olmadı. Seçmə mərhələyə uğurlu start verdiyimiz üçün futbolçuları təbrik edirəm".

Stoyanoviç Azərbaycan millisi ilə Bakı Olimpiya Stadionundakı görüşü həyəcanla izlədiklərini söyləyib: "90 dəqiqə ərzində qorxu var idi. Bayaq da dediyim ki, bu cür senari gözləyirdik. Bunlar rəqabətə səbəb olan oyunlardır. Mütləq qalib gəlmək lazımdır. Bu məqamda baxımlı oyun elə də önəmli deyil. Nəticədən məmnun qaldıq".

Qeyd edək ki, Azərbaycan - Serbiya matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30