24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Draqan Stoykoviç: “1:1-dən sonra işimiz çətinləşdi”

"Çətin oyun olacağını gözləyirdik. Müdafiəçilərimizdən isə bu səhvləri gözləmirdik. Oyunu qol buraxmadan bitirmək istəyirdik. Rəqibə geridönüş üçün şans yaratmışdıq. Amma vəziyyəti düzəldə bildik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Bakıda millimizə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis millimizin asan rəqib olmadığını bildirib: “Azərbaycan təhlükəli komandadır, onların bizə çətinlik yaradacağını vurğulamışdım. Əks-hücumdan bizi cəzalandıra bilərdilər. Hesab 1:1 olduqdan sonra işimiz çətinləşdi. Ancaq meydandan 3 xalla ayrılmağı bacardıq”.

O, Bakı haqqında da təəssüratlarını bölüşüb: "Ailəmlə bura turist kimi yenidən gəlmək fikrim var. Bakı gözəl şəhərdir, sonuncu dəfə bura 2003-cü ildə gəlmişdim. Amma o dönəmdəki şəhərdən əsər-əlamət qalmayıb. Ümid edirəm yenə gələcəyəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30