19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Əcnəbi futbolçular Azərbaycana getmək üçün çalışırlar"

"Neftçi" sabiq qapıçısı, Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin köməkçisi Boban Baykoviç ölkəsinin "Blic" nəşrinə müsahibə verib.

- Azərbaycan 2003-cü ildə Serbiya və Monteneqro ilə səfər oyununda 2:2 hesablı heç-heçəyə etmişdi. Onlar evdə 2:1 hesablı qələbə qazanmışdılar. Həmin komanda ilə indiki arasında nə qədər fərq var?

- Rəqibin həmin dövrdəki vəziyyəti ilə indiki durumu arasında yerlə göy qədər fərq var. Həmin vaxt Azərbaycan yalnız yolun başlanğıcında idi. Yəni hələ futbolu təzəcə  öyrənməyə başlayırdılar. Amma sonra utandırıcı belə olsa, onlar bizim komandamızı məhv etdilər. Lakin futbolda belə şeylər olur. Ümid edirəm ki, bunu bir daha yaşamarıq.

- Sözlərinizdən belə çıxır ki, biz onlarda futbolun inkişafına kömək etmiş olduq...

- Zarafat sayılsa da, elədir. Lakin onlar futbola yatırım edirlər. Bilirəm ki, həmin vaxt bizim futbolçularımızı onların stadionlarındakı ot örtüyünün vəziyyəti narahat edirdi. Amma indi Azərbaycanda  bütün futbol meydanları xalça kimidir. Onların maddi  problemləri yoxdur. Hətta əcnəbi futbolçular Azərbaycana getmək üçün çalışırlar. Üstəlik Azərbaycanın Avropada böyük təcrübəyə malik olan  "Qarabağ" kimi klubu da var. Qurban Qurbanov uzun müddətdir bu komandaya  baş məşqçilik edir. Azərbaycanda onu milli komandaya, ölkə futbolu üçün etdiyi hər şeyə görə yüksək qiymətləndirirlər.

- Bəs bu sözlərin eynisini 2014 - 2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik etmiş  Robert Prosineçki barədə də demək olar?

- Bu, Robinin komandasıdır. Düşünürəm ki, hazırda yığmada olan futbolçuların 80 faizini komandaya elə Prosineçki gətirib. O, bu futbolçuların hamısını öyrədib. Prosineçki mənə izah etmişdi ki, Azərbaycanda futbol çox sevilir və oyunçular yığmada milyon faiz qüvvə ilə çıxış edirlər. Söhbət ölkədən, dövlətdən gedəndə onlar fanatikdirlər. Dövlət səviyyəsində futbola diqqət göstərilir. Buna görə Azərbaycanla oynamaq bizim üçün çətin olacaq. Xatırlayıram ki, onlar Norveçi 1:0 hesabı ilə yenərək, Çexiya və Xorvatiya ilə heç-heçə etdilər. Bütün bunlara Prosineçki nail olmuşdu.

- Belə təəssürat yaranır ki, Azərbaycan bütün oyunlsrda 0:0 hesablı heç-heçə əldə edir...

- İlk dəqiqələrdən demək olar ki, bir xal üçün oynayırlar. Onlar nəyə qadir olduqlarını və nəyi bacardıqlarını yaxşı bilirlər. Azərbaycan millisi çox sərt və çətin rəqibdir. Bu komanda ilə oyunlarda konkret olaraq hədəf qoya bilmərsiniz. Portuqaliya ilə necə oynadıqlarını gördünüzmü? Yalnız 1:0! Təqribən 10 il əvvələ qədər Portuqaliya bu komandaya 7-8 top fərqi ilə qalib gəlirdi. Azərbaycan millisi  intizamlıdır. Onlar baş məşqçini dinləyirlər və inprovizə etmirlər. Məni səhv başa düşməyin, bizim olduqca yaxşı komandamız var, amma bu, Bakıdakı matçda az əhəmiyyət kəsb edir. Gördünüz ki, Lüksemburq Dublində İrlandiyaya qalib gəldi. Yəni bizim qrupda hər şey ola bilər. Azərbaycanla səfər görüşündə 3 xal qazana bilməsək, Qətərdəki dünya çempionatına dərhal yollana bilmərik.

- Bəs Serbiya millisinə nə məsləhət görərdiniz?

- Baş məşqçi Piksinin yığmadakı işi xoşuma gəlir. O, komandanı gəncləşdirib. Komandanın heyətində çoxlu  dəyişiklik edib. Düşünürəm ki, yığmada hər şey yaxşıdır. Stoykoviç özü də futbolçu olub və oyunçular bunu hiss edirlər. O, kollektivdə münasibətləri qaydasına salmağa bacarıb. İndi biz yalnız daha yaxşı oynaya bilərik. Azərbaycanla oyuna gəldikdə isə, əsas olan hesabı ilk 15 dəqiqə ərzində açmaqdır. Bunu edə bilsək, 3:0 və ya 4:0 hesabı ilə qalib gələ bilərik. Oyunçular öz hisslərinə qapılmamalıdırlar. Xoşbəxtlikdən yaxşı futbolçularımız var və inamlı qələbə qazanacağımıza ümidvaram. Bilirsiniz, Azərbaycan yığması üçün qol vurmaq çətindir. Lakin Allah eləməsin, onlar 1:0 hesabı ilə önə çıxsalar, hər şey ola bilər. Buna görə də, rəqibi qiymətləndirməmək olmaz. Çünki "xırda oyunlar"da qələbə qazanmadan dünya çempionatına yollanmaq olmaz.

- Sizcə, Azərbaycan  Prosineçkiyə zəng edərək, Serbiya ilə oyunla bağlı məsəhət alacaq?

- Onu tapa bilsələr, əlbəttə. Bu, bir zarafatdır. Məncə, onlar Prosineçki ilə əlaqə saxlamağa çalışırlar. Biz Robi ilə Türkiyədə "Denizlispor"da işləyəndə birgə işimizi başa vurduqdan sonra yeni təklif gözləyirik. Məşqçi işi belədir (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30