19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Lüksemburq millisini Azərbaycan yığmasından üstün tutdu

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Azərbaycan yığması ilə Lüksemburq millisini müqayisə edib.

Futbolxeber.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis Lüksemburqa qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib:

"Bu komandanın Azərbaycanla oxşarlığı yoxdur. Lüksemburq bizimlə qarşılıqlı mübarizə aparacaq. Yaxşı müdafiə olunmağa çalışacaq və keyfiyyətli hücumlar quracaqlar. Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadır. Bu, müdafiə oyunu sərgiləyən kollektiv deyil. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə yendikləri görüşdə göstərdilər. Bu oyunun çətinliklərini bilirik, ancaq qələbə qazanmağa hazırıq".

Qeyd edək ki, bu gün keçiriləcək Lüksemburq-Portuqaliya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. A qrupunun digər oyunun Azərbaycan Serbiyanı qəbul edəcək. Həmin görüşə saat 20:00-da start veriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30