24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi”

Qətər milli komandasının baş məşqçisi Feliks Sançez sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, yığmamızın Portuqaliyaya qarşı yaxşı oynadığını bildirib: “Hər bir oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik. Xüsusən, fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Ancaq hər oyunun ssenarisi eyni olmur”.

Sançez Azərbaycana qarşı hücum futbolu nümayiş etdirəcəklərini vurğulayıb: “Bizi çətin oyun gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər bir oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda - Lüxsemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz oyuna tam hazırıq. Bu cür oyunlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də bir fürsətdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30