19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

De Byazi: “50 faiz razı qaldım”

“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq”.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirilən oyun haqda danışarkən deyib.

İtaliyalı mütəxəssis 0:1 hesablı yenilgini belə izah edib: “Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik”.

De Byazi seçmə mərhələ çərçivəsində Serbiyaya qarşı keçiriləcək matçda yaxşı nəticə qazanmağa çalışacaqlarını vurğulayıb: “Seçmə mərhələdəki konkret hədəfimiz haqqında indidən danışmaq çətindir. Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin oyunda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30