24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qəbələ"nin oyunlarının vaxtı açıqlandı

"Qəbələ” Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıqlarını Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir.

“Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb. “Qəbələ”nın hazırlıq prosesində  keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub.

“Zirə” ilə qarşılaşma martın 26-da baş tutacaq. “Azersun Arena” stadionundakı matç saat 17:00-da başlayacaq. Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30