24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vüqar Mustafayev: “Əks-hücumlarda nəyəsə ümid edə bilərik”

Milli komandamızın yarımmüadafiəçisi Vüqar Mustafayev sabah DÇ-2022-nin seçmə mərhələsiçərçivəsində Portuqaliya ilə oyundan öncə açıqlama verib.

Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına danışan “Bakı”nın yetirməsi Avropa çempionlarına qarşı əzmkarlıq nümayiş etdirməli olduqlarını qeyd edib: “Seçmə mərhələnin ilk oyunudur. Bizim üçün yaxşı bir başlanğıc olacağına ümid edirəm. Portuqaliyanın gücü, futbolçuların bacarığı hamıya bəllidir. Onlara qarşı yaxşı mübarizə aparmaq üçün əzmkarlıq nümayiş etdirməliyik”.

V.Musatafayev bildirib ki, Portuqaliya kimi ilə qarşılaşmada yaxaladığın qol epizodlarını mütləq dəyərləndirməlisən: “Futbolda hər nəticə qeydə alına bilər. Qələbə də qazanmaq olar, heç-heçə də etmək olar. Onlardan daha istəkli olsaq, daha çox mübarizə aparsaq, niyə yaxşı nəticə qazanmayaq? Bu cür güclü komandalarla oyunlarda qol vəziyyəti yaratmaq elə də asan deyil. Oyun ərzində yaratdığın imkanlardan maksimum istifadə etməlisən. Hesab edirəm ki, müdafiədə daha diqqətli oynamalıyıq. Rəqib oyunu daha çox irəlidə quracağından biz əks-hücumlarda nəyəsə ümid edə bilərik”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30