24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Fernandu Santuş: "Azərbaycan millisinə qarşı gücümüzü meydanda qoymasaq...”

"Hər oyun bir finaldır və oyunçular bunu bilməlidirlər. Azərbaycana qarşı favorit olduğumuzu bilirik, amma hörmət etməsək və öz gücümüzü meydana qoymasaq, çox böyük problemlərimiz ola bilər. Qələbələr meydanda qazanılır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransında deyib.

O, qarşılaşmaya ciddi yanaşmalı olduqlarını vurğulayıb: “Komandada əhval-ruhiyə həmişə olduğu kimidir. Fikrimizi oyundan-oyuna yönəldirik. Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq”.

Santuş qrupdakı hər oyunu finala bənzədib: “Sabahkı görüşə hazır olacağımıza şübhə etmirəm. Rəqib 35-40 metr aralığında toplaşacaq. Biz rəqibin kəskin əks-hücumlarında diqqətli olmalı və standart vəziyyətlərə fikir verməliyik. Futbolçularım millidə oynayanda yüksək motivasiyalı olur. Cəmi 8 oyunumuz var və hər biri finala bərabərdir”.

Portuqaliya yığmasının çalışdırıcısı komandasının lideri Kriştiano Ronaldo haqda da danışıb: "Şübhəsiz, komandamız üçün əsas oyunçudur. Dünyanın ən yaxşı oyunçularından biri və bəlkə də bir nömrəsidir. Ancaq təkcə onu fərqləndirə bilmərik, bir çox başqa elit oyunçumuz var. Bütün bunların sonunda komanda qələbə qazanır. Ronaldo ilə bağlı deyilən tənqidlər haqda danışmağa dəyməz. Çünki onun haqqında fikirlərimi hər kəs yaxşı bilir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30