20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Abel Şavyer: "Azərbaycan millisini qiymətləndirməmək olmaz"

"Portuqaliya millisi qrupun favoritidir və sonadək belə qalmalıdır. Onlar digər komandalardan üstündürlər. Amma rəqiblərin gücündən asılı olmayaraq, hər oyuna eyni şəkildə hazırlaşmaq lazımdır. Meydana hər zaman qələbə qazanmaq üçün çıxmalısan".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının sabiq futbolçusu Abel Şavyer DÇ-2022-nin seçmə mərhələsinə barədə  "Lusa" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, xüsusilə Azərbaycan və Lüksemburq kimi yığmaları qiymətləndirməmək olmaz: "Portuqaliya millisinin böyük təcrübəsi var. Onların son illərdə qazandığı uğur rəqibləri qorxudur. Düşünürəm ki, bu, normal haldır. Komanda ən yüksək hədəflərə çatmaq üçün hazırkı tempi qorumalıdır".

Qeyd edək ki, A.Şavyer 1993 - 2003-cü illərdə Portuqaliya yığmasının heyətində 20 oyuna çıxıb. O, ölkəsinin "Benfika", Niderlandın PSV, İngiltərənin "Liverpul", Türkiyənin "Qalatasaray" və İtaliyanın "Roma" klublarının şərəfini qoruyub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30