21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

"Xəzər Lənkəran" AZAL-la oyunun hazırlığına başladı

Premyer Liqanın VI turunda “Bakı” üzərində əzmkar və inamlı qələbədən sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib. Futbolxeber,az-ın məlumatına görə, səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarım ərzində bərpa məşqini keçirməklə yanaşı fiziki və taktiki çalışmaları da yerinə yetirib. Keçirilən məşqlərdə “Bakı” ilə oyunda 90 dəqiqə çıxış edən futbolçulara nisbətən yüngül çalışmalar verilib. Futbolçulardan Junior Nildo və Zoahir Benouahi yüngül zədə üzündən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin nəzarətində fərdi məşq keçdi. “Xəzər Lənkəran” çərşənbə gününə qədər AZAL komandası ilə oyuna hazırlığı Lənkəranda keçirib səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək.


lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31