20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Nuriyevin Azərbaycan millisinə çağırılması "Minay"ın uğurudur"

Ukrayna mətbuatı millimizə cəlb olunan “Minay”ın futbolçusu Anatoli Nuriyevdən yazıb.

Futbolxeber.az saytının məlumatına görə, gənc yarımmüdafiəçinin yığmamıza çağırılmasının Ukrayna klubu üçün uğur olduğu qeyd olunub:

“Ukrayna çempionatında görmədiyimiz bir mənzərədir. Böyük klubların futbolçularının bombardirlər sırasında olmasına öyrəşmişik. Son illərdə isə ortabab klubların oyunçularının inkişaf etdiyini görürük. Bu vəziyyətdən “Minay” futbolçuları yaxşı istifadə edir. “Minay” Premyer Liqaya qayıtdıqdan sonra Anatoli Nuriyev bütün penaltiləri özü yerinə yetirir, Artyom Milevskiyə şans vermir. Komandanın bu mövsüm 12 qolundan 8-ni Nuriyev vurub. Bunlardan beşi penaltidən vurulub.

İndi Anatoli atasının Azərbaycan kökənli olmasına görə bu ölkənin millisindən təklif alıb. Bu, “Minay”ın prestij baxımından daha bir uğurudur. İndi tanınamiş Milevski, Şinder və Kojanovun sırasına milli komandanın oyunçusu da əlavə oluna bilər. Bu, "Minay"ın Premyer Liqanı tərk etməsinin qarşısını ala biləcəkmi? Milevskidə dinamiklik yoxdur, Şinder və Kojanov qol vura bilmir. Anatoli Nuriyevin isə tək penalti zərbələri xilaskar rolunu oynaya bilməz. Birinci liqaya düşəndən sonra yüksək səviyyəyə qayıtmaq çox çətin olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30