20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Anatoli Nuriyev: “De Byazi və azarkeşləri məyus etməməyə çalışacağam”

"Yeni çağırışları sevirəm. Əvvəlcə "Minay"ın heyətində ilk dəfə Ukrayna kubokunun yarımfinalında oynadım, daha sonra isə Premyer Liqayada çıxış etmək hüququ qazandım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev Azərbaycan millisinə dəvət alması barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, indi onu Azərbaycan millisinin tərkibində beynəlxalq arenada sınaq gözləyir: "Artıq 2 dəfə baş məşqçi Canni De Byazi ilə görüşmüşəm və o, mənə güvəndiyini söyləyib. Əlbəttə, bu etimad mənə çox ilham verir. Onu və azarkeşləri məyus etməməyə çalışacağam.

Martın 21-də millinin düşərgəsinə qoşulacağam. 3 gündən sonra Turində Portuqaliya ilə münasibətə aydınlıq gətirəcəyik. Ümid edirəm ki, beynəlxalq oyunlardakı təcrübə irəliləməyimə kömək edəcək. Bu da klub səviyyəsində "Minay"dakı çıxışıma da təsir edəcək".

Qeyd edək ki, martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşünə çıxacaq. Yığmamız martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30