20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Keşlə”dən 350-ci səfər qolu

“Keşlə” Azərbaycan çempionatında 350-ci səfər qoluna imza atıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın XX turuna təsadüf edib. “Sumqayıt”la qarşılaşmayadək (2:2) 349 dəfə fərqlənən paytaxt klubunun yubiley qoluna Azər Salahlı imza atıb. Rəqib meydanında 294-cü matçına çıxan bakılılar qol sayını 351-ə də çatdırıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komandanın orta məhsuldarlığı 1,19-a bərabərdir. Paytaxt klubu səfər qollarının sayına görə ölkə çempionatları tarixində 3-cüdür.

Qeyd edək ki, “Keşlə” ölkə çempionatlarında ilk səfər qoluna 1998/99 mövsümündə imza atıb. 1999-cu il noyabrın 28-də “ANS-Pivani” ilə səfər görüşündə (1:4) Rövşən Süleymanov fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30