19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Mert Çelik: "Portuqaliya və Serbiya ilə oyuna qələbə üçün çıxacağıq"

"Milli komandadan dəvət almaq hər futbolçunun xəyalıdır. Ümid edirəm ki, Canni De Byazi növbəti dəfə məni yığmaya çağıracaq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisində çıxış edən "Neftçi"nin futbolçusu Mert Çelik deyib.

21 yaşlı müdafiəçi martda dünya çempionatının seçmə oyunları vaxtı yığmada olmaq istədiyini bildirib. Çelik millinin Portuqaliya və Serbiyaya qarşı keçiriləcəyi dünya çempionatının seçmə oyunları barədə də danışıb: "Dəvət alsam, mən də matçlarda əlimdən gələni edəcəyəm. Böyük komandalara qarşı motivasiya tamam fərqli olur. Hər iki görüşdə meydana qələbə üçün çıxacağıq".

Gənc futbolçu martın 24-də Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronalduya qarşı oynamaq istədiyini də söyləyib: "Özümü üst səviyyədə olan futbolçulara qarşı oynayaraq inkişaf etdirə bilərəm. Gənc olduğum üçün böyük hücumçulara qarşı meydana çıxmaq mənə təcrübə qazandıracaq".

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Portuqaliya ilə İtaliya "Yuventus"una məxsus stadionda qarşılaşacaq. Canni De Byazinin baş məşqçilik etdiyi komanda martın 30-da Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30