19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Milli komandalarımızın rəqibləri müəyyənləşdi

Qızlardan ibarət U-19 millimizin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız A Liqasında İtaliya, Polşa və Norveçlə birlikdə 7-ci qrupda mübarizə aparacaq. İlkin seçmə mərhələnin matçları 14-21 sentyabrda və ya 19-26 oktyabrda oynanılacaq.

Həmçinin, 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatını ilkin seçmə mərhələsinin də püşkü atılıb. Azərbaycan yığması B liqasında Albaniya və Monteneqroya qarşı yarışacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. Bu mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30