26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Honda "Neftçi"yə keçidi haqda: “Bu, əla xəbərdir”

Yaponiyalı futbolçu Keysuke Honda "Neftçi" ilə danışıqlar apardığını etiraf edib.

Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi yerli radioya açıqlamasında müqavilə imzalamağa hazır olduğunu söyləyib.

O, Azərbaycana mümkün gəlişinə dair xəbərləri belə şərh edib: "Təklif agent vasitəsi ilə gəlib. Fikrimcə, bu, əla xəbərdir. Mən bunu təəccüblü hesab edirəm. Çünki nadir haldır və bu cür erkən mərhələdə fasiləsiz yayılmaqdadır".

Honda "bu sizin hələ yekun qərarınız deyilmi" sualını isə belə cavablandırıb: "Mən bunu ciddi və dərindən nəzərdən keçirirəm. Lakin son qərar hələ qəbul olunmayıb. Sualınıza cavab olaraq, mən "Ola bilsin" deyirəm. Hələ bilmirəm".

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya "Milan"ı ilə yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30