29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: "Qarabağ" əlinə düşən fürsətdən belə istifadə edirsə...”

"Oyunu diqqətlə analiz etmək lazımdır. "Qarabağ" əlinə düşən fürsətdən belə istifadə edirsə, mübarizə aparmaq çətindir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 19-cu turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətin üzücü olmasına baxmayaraq, artıq növbəti oyunu düşünməli olduqlarını bildirib: "Rəqibin pressinqini də nəzərə almaq lazımdır. Belə edəcəklərini bilirdik. "Qarabağ"ın ustalığına və potensialına bələd idik. Oyuna nəzarət onlarda idi, amma 100 faizlik şansları olmadı. Məyusuq, lakin "Qəbələ" ilə oyunu düşünməliyik".

R.Sadıqov uduzmalarının səbəbini belə izah edib: "İkinci hissədə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsə, rəqib artıq tələsəcək. Qapımıza iki zərbə oldu, onlar da qolla nəticələndi. "Qarabağ" inamlı şəkildə pressinq edirdi, bu da biz tərəfdən top itkilərinə səbəb olurdu. İkinci yarıda oyuna nəzarət etdik. Matçı çevirmək mümkün olmadı, qol epizodu yarada bilmədik. "Qarabağ" Çempionlar Liqasında oynayır. Biz isə orada oynamağa hazır deyilik".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31