20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elmar Baxşıyev: “Komandama deyə bilmərəm ki, hücuma getməyin”

Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində evdə “Səbail”lə 1:1-lik bərabərliyə qalan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- “Səbail” çempionatın ağır komandalarından biridi. Rəqib az qol imkanı verir. Komandadan razı qaldım. Müəyyən qüsurlar var, bunu daxildə müzakirə edəcəyik.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Hesab etmirəm ki, xal itirdik. Hər bir komanda istənilən rəqibdən xal ala bilər. Hər bir oyunun təzyiqi fərqlidi.

- Buraxdığınız qol epizodunu şərh edərdiniz. Meydanın 60 metrində bir futbolçunuz belə yox idi.

- Künc zərbəmizdən istifadə etmək istəyirdik. Mən komandama deyə bilmərəm ki, hücuma getməyin. Sadəcə, ötürmədə kiçik səhvə yol verdik. Səhv olmasa, heç kim qol vura bilməz.

- Cavid Hüseynovun ad günü idi deyə meydana buraxdınız?

- Xeyr, Cavid oyunu gücləndirdi. Elə onun oturməsindən sonra da qol vurduq (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30