20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Namiq “Neftçi”də 25-ci qolunu vurub

Namiq Ələsgərov “Neftçi”nin heyətində 25-ci qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, yubiley Azərbaycan Premyer Liqasının 19-cu turuna təsadüf edib.

“Keşlə” ilə ev matçında hesabı açan yarımmüdafiəçi paytaxt təmsilçisində 25-ci dəfə fərqlənib. Namiq sonradan penaltidən yararlanmaqla qol sayını 26-ya çatdırıb. Ələsgərov buna 115-ci matçında nail olub. O, bu qollardan 23-nü Premyer Liqada, 2-ni Azərbaycan kubokunda, 1-ni Avropa Liqasında vurub.

2016/17 mövsümündən “Neftçi”də çıxış edən Namiq ilk qolunu da “Keşlə”yə vurub. O, 2017-ci il fevralın 9-dakı səfər görüşündə fərqlənib. Həmin matçda da “Neftçi” indiki kimi 3:1 hesabı ilə qalib gəlib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30