19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Visente Qomes: “Fasilədən sonra ayağımızda top görmədim”

"Demək olar ki, ilk hissə qarşılıqlı hücumlarla yaxşı keçdi. İkinci hissədə isə rəqib daha yaxşı oynadı və səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi. Fasilədən sonra ayağımızda top görmədim. Buna görə geriyə çəkilməyə məcbur olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın  baş məşqçisi Visente Qomes evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 19-cu tur matçından sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis daha sonra bildirib: "Komandanın son oyunlarda psixoloji problemlərin nədən qaynaqlanmasını bilmirəm, bunu futbolçulardan soruşmaq lazımdır. Son 3 oyunda hesabı biz açsaq da, bunu qoruya bilmirik. İlk hissələrdə oyuna hakim olan tərəf bizik, amma son nöqtəni qoya bilmirik. Buraxdığımız qoldan sonra işlər əksinə çöndü, oyun istədiyimiz kimi getmədi. Fasilədə futbolçulara bu barədə məlumat vermişdim".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30