16 Fevral 2026, Bazar ertəsi
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”

Ölkə futbolu

Laval: “Zirə”yə məğlubiyyətdən sonra özümüzə gəlməliydik”

“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval “Sabah”la oyundan sonra açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, nigeriyalı futbolçu qələbənin psixoloji baxımdan çox vacib olduğunu bildirib:

“Hələ də optimal formada deyiləm, amma ən yaxşı formamı qaytarmağa çalışıram. Baş məşqçi də məndən bunu tələb edir. Təbii ki, bunun öhdəsindən gələcəm. Bu qələbə psixoloji baxımdan çox vacib idi. Çünki “Zirə”yə məğlubiyyətdən sonra özümüzə gəlməliydik. Belə davam etməliyik. Belə davam etsək, mövsümün sonunda məqsədimizə çatacağıq. Bu əlçatmaz deyil. Çünki hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmışıq”.

Laval mövsümdə 5-ci dəfə məhsuldar ötürmə verməsinə də münasibət bildirib: “Qarşıma qol ötürmələrinin sayına görə birinci olmaq məqsədi qoymamışam. Məqsədim odur ki, komandamız mövsümü ən yaxşı nəticə ilə başa vursun”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28