6 Mart 2026, Cümə
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"

Ölkə futbolu

“Bakcell Arena” Türkiyə millisinə görə təmirə bağlanır

“Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar “Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allehverdiyev açıqlama verib.

Futbolpress.az-a açıqlamasında Allahverdiyev bununla bağlı deyib:

“Türkiyə millisi AVRO-2020-də qrup oyunlarını Bakıda keçirəcək. Onlar hazırlıq prosesi üçün “Bakcell Arena”nı seçiblər. Bu səbəbdən stadion aprelin axırı, mayın əvvəlində təmirə bağlanacaq. Həm ot örtüyü, həm də ümumən infrastruktur baxımından yenidənqurma işlərinə ehtiyac var.

“Keşlə” ilə 4-cü dövrənin oyunu mayda keçirilməli idi. Onlarla razılığa gəlib matçların yerini dəyişdik. Mayda daha bir ev oyunumuz “Qarabağ”a qarşı olacaq. Bununla bağlı da belə dəyişiklik etmək istəyirdik, sadəcə bizim də gec xəbərimiz oldu və alınmadı. “Qarabağ”la son tur oyunu böyük ehtimalla “Dalğa Arena”da keçiriləcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31