Ölkə futbolu
Voyislav Stankoviç: “Özümü günahkar hesab etmirəm”
“Neftçi"nin serbiyalı futbolçusu Voyislav Stankoviçin müsahibəsi
- Premyer Liqanın XVII turunun oyununda "Zirə"yə səfərdə minimal hesabla uduzdunuz. Bu komandaya qarşı oyunlarınız niyə alınmır?
- "Zirə" bizim üçün narahat rəqibdir, oyun üslubumuza heç cür uyğun gəlmir. Cari mövsüm bu komandaya qarşı 5 görüş keçirmişik. Nəinki qələbə qazanmışıq, heç qol da vura bilməmişik. Burada başqa səbəb görmürəm. Sadəcə münasib rəqib deyil. Çünki oyuna çox ciddi hazırlaşmışdıq və meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, yenə alınmadı.
- Buraxılan qolda özünüzü günahkar hesab edirsiniz?
- Təbii ki, yox. Çünki mən epizoda elə də yaxın deyildim.
- Matçdan sonra komandanın baş məşqçisi Samir Abasov çox əsəbi idi və məğlubiyyətə görə müdafiəçiləri günahlandırdı. Bildirdi ki, oyundan öncə rəqibin belə bir epizoddan fərqlənə biləcəyini futbolçulara izah edib...
- Bəli, doğrudan da, matçdan əvvəl iclasımız oldu və orada bu epizod müzakirə edildi. Baş məşqçi Davit Volkovun müdafiənin arxasına atılan toplar üçün bu cür açıla və qol vura biləcəyini bizə başa saldı. Amma ani diqqətsizlikdən rəqibi boş buraxdıq. Nəticədə həmin qolla məğlub olduq. Uduzduğumuz üçün məyusuq. Amma bu matçı unudub, qarşıdakı oyunlara köklənmək lazımdır.
- Demək olarmı ki, müdafiəçilər baş məşqçinin tapşırığını lazımınca yerinə yetirə bilmədilər?
- Xeyr, mən belə düşünmürəm. Çünki biz meydanda əlimizdən gələni etdik. Qalib gələ bilərdik. Çünki kifayət qədər qol imkanlarımız oldu. Sadəcə bayaq da qeyd etdiyim kimi, ani səhv bizə baha başa gəldi.
- "Neftçi"nin cari mövsümdəki ən böyük problemi qeyri-sabit oyun nümayiş etdirməsidir. Sizcə, bunun üçün komandada nə çatışmır?
- Açığı, səbəbi özümüzə də maraqlıdır. Zəif rəqiblərlə oyunlara istdəyimiz kimi köklənə bilmirik. Bu da sonda xal itkiləri ilə nəticələnir.
- "Neftçi"nin məğlubiyyətindən "Qarabağ" maksimum istifadə etdi və "Səbail"i udaraq, xal fərqini bərabərləşdirdi. Bu amil sizi narahat edirmi?
- Üzərimizdə hər hansı psixoloji təzyiq hiss etmirik. Açığı, biz daha çox öz oyunumuza baxırıq. Növbəti matçlarda keçmiş səhvlərimizi təkrarlamamağa çalışırıq. Amma rəqiblərimizin nəticələrini də diqqətdə saxlayır və hər oyuna daha cidid hazırlaşırıq.
- "Neftçi" növbəti turda "Sabah"la qarşılaşacaq. Rəqibin sonuncu pillədə olması sizi arxayınlaşdırmır?
- Maraqlı oyun olacaq. "Sabah" yaxşı komandadır. Sadəcə son vaxtlar nəticələri uğursuz olur. Amma arxayınlaşmaq olmaz. Oyuna 100 faizlik konsentrasiya ilə hazırlaşmalı və meydana qələbə üçün çıxmalıyıq ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
-
19:30
İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb
-
18:12
"Feyenoord"da yeni baş məşqçi
-
17:45
U-19 millimizin rəqibləri müəyyənləşib
-
17:23
Millimizin üzvü Türkiyə klubunun hədəfində
-
17:06
DÇ-2026-da ilk istefa
-
16:38
Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
-
15:54
Boksçularımız Serbiyada 13 medal əldə ediblər
-
15:19
"Kəpəz"i “Şəfa”ya dəyişdi
-
14:27
Məmmədov rəsmən Kipr klubunda
-
14:00
"Odlar yurdu" şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
-
13:41
“Real” Kukurella heyətinə qatdı
-
12:52
Azərbaycan kanoeçisi Portuqaliyada ikinci qızıl medalını qazanıb
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:13
Füzuli Məmmədov: “Hədəf Premyer Liqadır” VİDEO
-
11:46
Voleybol millimiz İspaniyaya məğlub olub
-
11:28
Kot-d`İvuar - Ekvador matçında tək qol VİDEO
-
11:09
“Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
-
10:54
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
10:31
İsveç DÇ-2026-ya darmadağınla başladı VİDEO
-
10:17
"Turan Tovuz" məşqlərə başladı
-
10:00
Məhəmməd Muradlı Özbəkistanda birinci oldu
-
21:16
"Şamaxı" yeni transferini açıqladı
-
20:31
Baksetbol millimiz Avropa kubokunun finalında
-
16:43
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
-
10:28
Braziliya - Mərakeş matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
Türkiyə Avstraliyaya məğlub oldu
-
23:42
Basketbol millilərimiz yarımfinalda
-
22:13
"Şamaxı"nın məşqçilər korpusu müəyyənləşdi
-
21:28
Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıblar
-
20:54
Ölkə çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib
-
20:31
Azərbaycan millisi dünya çempionu oldu
-
20:00
Yuri Vernidub: “Fikrimcə, hazırda ən güclü heyət...”
-
13:47
"Şəfa"da yeni müqavilə
-
13:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
-
00:57
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
-
21:56
“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
15.06.2026
14.06.2026
13.06.2026
12.06.2026























