4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Romerodan yubiley qolu

Xayme Romero “Qarabağ”ın heyətində 10-cu qoluna imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, onun yubileyi Premyer Liqanın 17-ci turuna təsadüf edib.

İspan futbolçu “Səbail”lə qarşılaşmada (1:0) həlledici qolun müəllifi olub. Xayme “Qarabağ”ın heyətindəki 10 qoldan 4-nü Premyer Liqa, 1-ni Azərbaycan kuboku, 5-ni avrokuboklarda vurub.

“Azersun Arena”dakı top legioner futbolçunun cari mövsüm Premyer Liqada ilk qolu olub. O, çempionatda sonuncu dəfə ötən il fevralın 15-də “Zirə” ilə səfər matçında (6:0) fərqlənib.

Qeyd edək ki, Romero ilk qolunu 2019-cu iyulun 31-də İrlandiya təmsilçisi “Dandolk”la Çempionlar Liqasının ev görüşündə (3:0) vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30