1 Yanvar 2026, Cümə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Layiqli qələbə qazandıq"

"Maraqlı oyun alındı. Matça ciddi hazırlaşmış, rəqibi analiz etmişdik. Komandamız əzmkarlıq göstərdi və nəticədə qələbə qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib: "Epizodları diqqətlə izləsinlər. İkisindən birində penalti var idi. Buna aidiyyatı qurumlar baxıb qərar verərlər. Bugünkü idarəçiliklə bağlı şikayət etmək fikrimiz yoxdur. Son vaxtlar oyunlarımızda hakim səhvləri çox olur. Bu mövsüm demək olar ki, lehimizə penalti qərarı yoxdur. Səbəbini dəqiq bilmirəm".

Məmmədov komandasının əzmkar oyun göstərdiyini söyləyib: "Mütləq qələbə qazanıb, yerimizi qorumaq istəyirdik. Düşünürəm ki, uşaqlar əzmkar və istəkli oyun göstərdi. Layiqli qələbə qazandıq" (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31