Ölkə futbolu
Banişevskinin nəvəsi: "Biz kömək istəyən, kiməsə ağız açan ailə deyilik"
Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin nəvəsi, Bakının "Neftçi", "İnter" və MOİK komandalarının, həmçinin Litva "Atmosfera"ının sabiq yarımmüdafiəçisi, hazırda Ukraynanın "Niva" (Buzova) klubunda çıxış edən Əli Banişevskinin "Report"a müsahibəsi
- Ötən gün babanız Anatoli Banişevskinin 75 illik yubileyi idi. Bu cür dahi futbolçunun nəvəsi kimi hansı hissləri keçirirsiniz?
- Babam dahi futbolçu, dahi insan olub. Təəssüf ki, onu, demək olar, görmədim. Dünyasını dəyişəndə cəmi 1 yaşım var idi. Amma videoarxivlərinə baxmışam.
- Nənəniz İnna Banişevskaya "Report"a açıqlamasında bildirib ki, əfsanəvi futbolçunun nəvələrinin dəstəyə ehtiyacı var...
- Bəli, yazını mən də oxudum. Amma biz elə vəziyyətdə deyilik ki, dəstəyə ehtiyacımız olsun. Ümumiyyətlə, biz kömək istəyən, kiməsə ağız açan ailə deyilik. Əksinə, hər şeyi özümüz etməyə çalışırıq. Yəni acından ölmürük, çörək pulumuz var. Bu, həm də o demək deyil ki, pul içində üzürük. Sadəcə elə ailəyik ki, ağız açmağı xoşlamırıq. Babam da öz zəhməti hesabına Banişevski olub. Orta statistik ailəyik. Düzdür, bizim də problemlərimiz olub. Amma indiki vaxtda bu, hər ailədə baş verə bilər. Normal haldır. Öz zəhmətimizlə problemləri həll etməyə çalışırıq.
- Banişevskaya başqa sahədə çalışmağınızı istəyir. Özünüz də yüksək səviyyədə oynaya bilmirsiniz. Bu, fubolu atmağınıza səbəb ola bilərmi?
- Nənəmlə danışmışam. O demək istəməyib ki, mən futbolu atım. Bilir ki, futbolsuz yaşaya bilmərəm. Bu oyun mənim qanımda, genlərimdə var. Bu yolu seçmişəmsə, axıradək getmək istəyirəm. Sadəcə istəyir ki, alınmasa, özümü sığortalaya bilim. Mən uşaq deyiləm, ailə sahibiyəm. Mayın 4-də 25 yaşım olacaq. Qərarı özüm verirəm. Məsləhət olsa, futbolu atacaq, qismət olsa, davam edəcəyəm. Nənəmi başa düşürəm. Narahat olur, istəyir ki, hər şey yaxşı alınsın. Amma mən Ukraynadayam, o isə Azərbaycanda. Ola bilər ki, nəyisə bilmir. Şükürlər olsun, vəziyyət qaydasındadır. Formaya düşəndən sonra hər şey daha da yaxşı olacaq.
- Nənənizin sözlərinə görə, Banişevskinin Bakıda yaşayan nəvəsinin işlə bağlı problemi var...
- Bəli, onun adı Eldar, soyadı Həsənovdur. Banişevskinin digər nəvəsidir. Xalam oğludur, mənə qardaş qədər yaxındır. Hazırda vəziyyətlə bağlı çox insan işsizdir. Onun da iş tapmaqla bağlı problemi var. Çox yaxşı, mərifətli, tərbiyəli, savadlı oğlandır. İngiltərədə təhsil alıb. Yaxın zamanlarda iş tapsa, şad olaram.
- Ukraynada işləriniz necə gedir: hansı komandada çıxış edirsiniz?
- Hazırda Ukraynanın "Niva" (Buzova) klubunda oynayıram. Klubun prezidenti bizim həmyerlimiz Oqtay Əfəndiyevdir. Şükürlər olsun, hər şey yaxşıdır. Fikrimcə, yaxın illərdə "Niva"nı yüksək liqada görəcəksiniz. Turnirlərə hazırlaşırıq. Bir müddət zədəli oldum, hazırda hər şey qaydasındadır. Formaya düşməyə çalışıram.
- Hazırkı komandanız sizin üçün nə kimi perspektivlər vəd edir?
- Komanda hazırda regional çempionatda çıxış edir. Çempion olsaq, ikinci liqaya çıxacağıq. Həvəskarlar Kubokunda 1/4 finala vəsiqə qazanmışıq. Burada qalib gəlsək, Ukrayna Kubokunda oynayacağıq. Bu, bizim üçün yaxşı şansdır. Klubun böyük perspektivləri, öz bazası, stadionu var. Yaxşı kollektivə sahibik. Məqsəd 2-3 il ərzində Ukrayna Premyer Liqasında oynamaqdır. Komandada vaxtilə Ukrayna millisində çıxış etmiş təcrübəli futbolçular var. Rəqabət yüksəkdir. Bu da inkişafa müsbət təsir edir.
- Maraqlıdır, həmin futbolçular kimlərdir?
- Hazırda yığmanın sabiq üzvlərindən Andrey Pilyavski bizdə oynayır. Çox təcrübəli futbolçudur. Həmçinin "Niva"da Denis Skepski, Vasili Karapetski, Sergey Sitalo kimi Ukraynanın tanınmış oyunçuları çıxış edir.
- Bayaq qeyd etdiniz ki, klubun prezidenti azərbaycanlıdır. Oqtay Əfəndiyev barədə ətraflı məlumat verərdiniz: kimdir, nə işlə məşğul olur?
- Oqtay müəllim iş adamıdır, çox yaxşı insandır. Futbola pul ayırmaqla yanaşı, xeyriyyəçiliklə məşğuldur. Əsas işlərindən biri məhz budur. Sevindirici haldır ki, komandamızın hər bir üzvü xeyriyyə işlərində iştirak edir. Hamımız insanlara kömək edirik. Oqtay Əfəndiyevin mənim soyadıma böyük hörməti var. Mənə "Niva"da oynamağa imkan verir.
- Komandada sizdən başqa azərbaycanlı futbolçu var?
- Xeyr, mən burada yeganə azərbaycanlı oyunçuyam. Bilmirəm, bəlkə, gələcəkdə kimlərsə olacaq. Amma hazırda mən təkəm.
- Anatoli Banişevski kimi Azərbaycanda "Neftçi"nin formasını geyinmisiniz. Amma ondan fərqli, siz komandadan ayrıldınız. Səbəbini açıqlaya bilərsiniz?
- Bu, futboldur. Alınmadı, özümü doğrultmağa imkan vermədilər. "Şərait yaratmadılar" deməyim düz çıxmaz. O şansı mən görmədim. Fikrimcə, "Neftçi"də oynamağa layiq idim. Bu cür hallar bizi öldürmür, əksinə, daha güclü edir. Buna baxmayaraq, mən yenə də "Neftçi"yə azarkeşlik edəcəyəm. Çünki babamın komandası olub, özümün də ən sevimli klublarımdan biri, Azərbaycanda 1 nömrədir. İnciyib getmədim. Sadəcə düşündüm ki, Azərbaycandan kənarda oynamağım daha yaxşı olar. Özümü ölkə xaricində doğrultmaq istəyirəm. Fikrimcə, düzgün qərar verdim.
- Konkret olaraq deyə bilərsiniz, "Neftçi"də sizə kimlər mane oldu?
- Açığı, demək istəmirəm ki, kimsə mənə pislik edib. Sadəcə şans vermədilər, yeni müqavilə təklif etmədilər. Mən də məcbur qalıb Litvaya getdim. Birbaşa Ukraynaya gəlmədim. Həmin vaxt Almaniyanın II liqasından da təklif var idi. Koronavirus pandemiyası başlayandan sonra viza ala bilmədim. Ona görə də keçid baş tutmadı.
- Yəqin ki, "Neftçi"nin oyunlarını izləyirsiniz. Komandanın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
- "Neftçi" o "Neftçi" deyil. Yalnız adı və fanatları qalıb. Özü isə qalmayıb. Mənim orada yaxın dostlarım oynayır. Bu fikirləri onlara aid etmirəm. Sözlərim başqa adamlaradır. Oradakı dostlarıma, azarkeşlərimizə uğurlar arzu edirəm. Ümid edirəm ki, bu il çempion olarlar. Səbirsizliklə gözləyirəm. Komandaya uğurlar arzu edirəm.
- Ukrayna və Azərbaycan futbolunu müqayisə etsək, hansının səviyyəsi daha yüksəkdir?
- Əlbəttə, Ukrayna futbolu. Söhbət heç Premyer Liqa və ya I, II liqadan getmir. Burada həvəskar liqada çıxış edən futbolçuların belə, səviyyəsi çox yüksəkdir. Rəqabət çox güclüdür. Təsadüfi deyil ki, Ukraynanın U-20 yığması dünya çempionu olub. Məncə, hazırda iki ölkənin futbolunu müqayisə etmək düzgün olmaz. Düzdür, Azərbaycanda "Qarabağ" və "Neftçi" kimi komandalar var. Onları Ukraynanın ortabab klubları ilə eyni tuta bilərəm. Xüsusilə "Qarabağ" ən azı Kiyev "Dinamo"su ilə başabaş mübarizə apara bilər. Sırf yerli futbolçulardan söhbət gedirsə, ukraynalı oyunçular daha güclüdürlər. Hər liqada istedadlı futbolçular var. Az sayda olsa belə, Azərbaycanda da perspektivli uşaqlar var. Sadəcə onlara dəstək və özlərini doğrultmaq üçün şans verilməlidir.
- AFFA Ukraynanın "Minay" klubunda çıxış edən Anatoli Nuriyev və Rəstəm Əhmədzadəni milli komandaya cəlb etmək istəyir. Həmin oyunçuları tanıyırsınızmı və sizcə, onların yığmaya xeyri dəyə bilər?
- Xeyr, onları tanımıram. AFFA onları milləşdirmək istəyirsə, yəqin ki, yaxşı futbolçulardır. Fikrimcə, azərbaycanlı gənclərə üstünlük versələr, daha xeyirli olar. Onlarla daha çox işləsinlər.
- Sonda Azərbaycandakı dostlarınıza, doğmalarınıza nə demək istərdiniz?
- Çox istərdim ki, Bakıda babamın adını hər hansı küçəyə və ya stadiona versinlər. Bildiyim qədərilə Masallıda bir stadiona onun adını vermişdilər. Amma deyəsən, həmin arena artıq sökülüb. Bu insan canını, ürəyini Bakıya, "Neftçi" klubuna verib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























