10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Qarabağ” heç-heçə rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı 6-cı sülhü olub.

Bu, klub tarixinin rekordunun təkrarıdır. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31