16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

AFFA UEFA-nın yekun qərarı ilə bağlı açıqlama

UEFA İcraiyyə Komitəsi COVİD-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, UEFA Gənclər Liqası turnirinin 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib.

Futbolxeber.az-ın məlumatna görə, bununla bağlı AFFA-nın saytı açıqlama yayıb.

Bildirilib ki, UEFA İcraiyyə Komitəsi tərəfindən bir müddət öncə turnirin startının təxirə salınması barədə qərar qəbul olunmuşdu. Lakin ötən müddət ərzində mövcud şəraitin bu beynəlxalq turnirin başlanmasına imkan verməməsi, UEFA Klub Yarışları Komitəsi və Avropa Klublar Assosiasiyası ilə aparılmış məsləhətləşmələrdən sonra Gənclər Liqasının cari mövsümünün ləğvi məqsədəuyğun sayılıb.

Xatırladaq ki, turnirdə “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandası mübarizə aparmalı idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30