Ölkə futbolu
İnamın, cəsarətin, Məsiyevin və ... Namiqin qələbəsi
1 penalti, 3 qol, 4 qırmızı vərəqə - yəqin ki, ən optimist azarkeş belə “Qarabağ” - “Neftçi” oyununda bu qədər gərginliyin yaşanacağını gözləmirdi. Şənbə günü tarixən “Neftçi”nin, indi isə “Qarabağ”ın “ev”inə çevrilmiş Tofiq Bəhramov adına Respublika stadionunda futbol adına hər şey var idi. Yeganə çatışmazlıq azarkeşlərin yoxluğu idi. Lənətə gəlmiş koronavirus olmasaydı, hər iki klubun fanatları ümumilikdə 100 dəqiqəyə yaxın davam edən mübarizəyə daha da rəng qatacaqdılar. Xüsusən də, bu günlərdə 12 yaşını qeyd edən “Forza Neftçi”nin çılğınlığını görməyə dəyərdi.
Təbii ki, nəticədən sonra ən çox önə çıxan məqam oyundakı qırmızı vərəqələrdi. Bu günlərdə FİFA referisi adını almış Elçin Məsiyev “Qarabağ”ın 1, “Neftçi”nin 3 futbolçusunu meydandan qovdu. Respublika stadionunun Media sektorundan meydanda baş verənləri tam dəqiqliklə görmək mümkün olmur. Lakin epizodlarını təkrarını izlədikdən sonra açıq-aşkar məlum oldu ki, Məsiyevin qırmızı vərəqələrlə bağlı qərarları 100-də 100 haqlı idi. Onun yeganə çatışmazlığı kimi bəzi epizodlarda loru dildə desək, səsə fit verməsi idi. Bu baxımdan xüsusən “Qarabağ”ın hücumçusu Kvabena Ovusu “fəal” idi. O ki qaldı “Qarabağ”ın qoluna, burda nə günah varsa, yan xətt hakiminin boynundadı. İstənilən halda, Məsiyev inamı, qətiyyəti və cəsarəti ilə Azərbaycan derbisinə damğasını vurdu. Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da gənc hakimin idarəçiliyini xüsusi qeyd etdi: “Hakim də inamlı qərarlar verdi”.

Elçin Məsiyev 4 futbolçunu meydandan qovarkən zərrə qədər də tərəddüd etmədi. Gənc referinin cəsarətini alqışlamaq lazımdı. Hər halda, sonuncu dəfə nə vaxt “Qarabağ”ın qapısına penalti təyin olunub, futbolçusunun meydandan qovulmasını, yaxud “Neftçi”ni oyunu 8 nəfərlə başa vurmasını xatırlamaq asan deyil. Bəlkə də Məsiyevin yerində hansısa təcrübəli həmkarı olsaydı, bu qədər cəsarətli olmazdı. “Qarabağ” - “Neftçi” oyunundakı idarəçiliyi ilə Məsiyev FİFA referisi adına layiq olduğunu göstərdi. Bu, bəlkə də gələcəkdə Əliyar Ağayevdən də irəli gedəcək azərbaycanlı hakimin parlaq karyerasını ilk işartıları idi. Gələcəyin necə olacağını dəqiq deyə bilmərik. Amma görünən odur ki, artıq AFFA Hakimlər Komitəsinin, komitə sədri Fritz Stuchlikin işi nəticə verməkdədi.
Futbol komanda oyunudu və qələbəni bir nəfərin adına yazmaq bəlkə də düzgün deyil. Amma “Neftçi”nin həm “Qarabağ” üzərindəki qələbəsində, həm hazırkı liderliyində Namiq Ələsgərov xüsusi pay sahibidi. Hesabın açıldığı epizodda əvvəlcə topu rəqibdən alan Ələsgərov daha sonra rəqibin iki müdafiəçisindən ustalıqla sıyrılaraq topu qapıçının başı üzərindən qapıya göndərdi. Penalti zamanı isə meydanda daha təcrübəli komanda yoldaşlarının olmasına baxmayaraq, Ələsgərov məsuliyyəti üzərinə götürdü və Şahruddinə növbəti dəfə şans vermədi. Yetirməsi olduğu “Bakı”nın aşağı yaş qruplarında daim hücumçu kimi çıxış edən və müxtəlif yaş qrupu üzrə liqaların bombardiri olmuş Namiq Ələsgərov yenidən hücumçu mövqeyində çıxış edir və qolları sıralayır. Görünən odur ki, digər məşqçilərdən fərqli olaraq Samir Abasov Namiqdən hansı mövqedə faydalanmalı olduğunu bilir.

“Neftçi” cari mövsüm ikinci dəfə “Qarabağ”ı səfərdə məğlub etdi və bununla da “Şəmkir”in 19 illik rekordunu yenilədi. Bu qələbə həm də onu göstərdi ki, son illər “Qarabağ”ın ardıcıl çempionluqlar qazanmasında komandanın güclü olması ilə yanaşı, çempionatdakı rəqabətsizliyin də rolu böyükdür. Əgər çempionatda “Neftçi” kimi daha 2-3 klub olsa, çətin ki, “Qarabağ” ardıcıl çempion olsun. Necə ki, 2004-cü ildən 6-7 il ərzində - “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Karvan”ın dövründə “Qarabağ” nəinki çempion olur, bəzən heç avrokuboklara da vəsiqə qazana bilmirdi...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
22.09.2026
21.09.2026
20.09.2026
























