28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” 25 oyundan sonra, Namiq “25”i keçdi

Namiq Ələsgərov son 8 mövsümdə “Neftçi”nin heyətində “Qarabağ”la oyunda birdən artıq qol vuran ilk futbolçu olub.

Futbolxeber.az saytının məlumatına görə, 2012/13 mövsümündən sonra paytaxt təmsilçisinin heç bir üzvü derbidə dubla imza atmamışdı. Yarımmüdafiəçi Premyer Liqanın XV turunun səfər oyununda vurduğu iki topla 2:1 hesablı qələbədə pay sahibi olub.

“Neftçi”nin “Qarabağ”a 2 qol vuran sonuncu oyunçusu Nikolas Kanales idi. O, 2012/13 mövsümünün sonunda fərqlənib. Çilili forvardın dubl müəllifi olduğu 2013-cü ilin mayın 4-dəki görüşdə də bakılılar 2:1 hesablı səfər qələbəsi qazanıb. Sonrakı 25 çempionat görüşündə paytaxt təmsilçisi belə hadisəyə sevinməyib.

Ələsgərovun vurduğu hər iki top onun üçün yubileylə əlamətdar olub. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında öncə 25-ci qolunu vurub, ardınca 26-cı dəfə fərqlənib. 6 dəfə başqa klublarda fərqlənən futbolçu “Neftçi”də 20-yə çatıb.

Namiq “Neftçi”nin tarixinə Premyer Liqada 20 və daha çox qol vuran 21-ci futbolçu kimi düşüb. Ona qədər “20”ni 20 oyunçu “fəth etmişdi”. Ələsgərov eyni sayda qol vuran Leonid Kalfaya çatıb. O, bu siyahıda hərəyə 19 qola imza atan Kamal Quliyevlə Ruslan Qurbanovu arxada qoyub.

Namiq son 15 mövsümdə “Neftçi”də bir mövsümdə 10 və daha çox qol vuran ilk yerli futbolçu olub. 2005/06 mövsümündə qol sayı iki rəqəmlə ifadə olunan Nadir Nəbiyevdən sonra buna heç bir yerli oyunçu imza atmayıb (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31