20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Visente Qomes: “Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır”

“Bu gün hər iki komandanın çox az qol fürsətləri var idi. Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis buraxdıqları ikinci qoldakı səhvlərindən söz açıb: "Rəqibin ikinci qolu zamanı topu vuran futbolçunun cərimə meydanı daxilində niyə tək qaldığını aydınlaşdırmalıyıq. Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır. Çempionatın sonunda nə olacağını indidən demək çətindir. İndi yalnız qarşıdakı oyunlara köklənmişik. Hazırda da yalnız “Səbail”lə matçı düşünürük”.

İspaniyalı baş məşqçi zədələndiyi üçün ikinci hissədə əvəzlənən yeni transfer Tiemoko Fofananın durumu barədə də məlumat verib: “Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi sınıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi. Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.

Mütəxəssis ukraynalı yarımmüdafiəçi Dmitri Klotsu transfer etmələrinin səbəbini də izah edib: “Klotsu yaxşı tanıyırdım, Ukraynadakı çıxışından ona bələdəm. Necə oyunçu olduğunu bildiyim və bizə fayda verəcəyinə əmin olduğum üçün onu heyətə qatdıq” (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30