25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

400-cü səfər: “Neftçi” 200-ə, Abasov 50-yə çatdı

“Neftçi” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, bu, Premyer Liqanın XV turuna təsadüf edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarının duelində “ağ-qaralar” “Qarabağ”ın qonağı olub.

2:1 hesabı ilə qalib gələn bakılılar rəqib meydanında 200-cü qələbəsini qazanıb. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi” səfərdəki digər qarşılaşmalarda 87 heç-heçə edib və 113 dəfə uduzub.

“Qarabağ” üzərində qələbə Samir Abasov üçün də əlamətdar olub. 43 yaşlı mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Bu, mütəxəssisin 141-ci sınağına təsadüf edib. Onun rəhbərliyi altında “Sumqayıt” 96 oyunda 33, “Zirə” 37 matçda 12, “Neftçi” 8 görüşdə 5 dəfə qalib gəlib. Bunlardan 44-ü Premyer Liqa, 6-sı Azərbaycan kubokunda qeydə alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30