20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi" 19 il sonra "Şəmkir"in rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan çempionatları tarixində 400-cü ev oyununu keçirib.

Futbolxeber.az-ınPFL-in saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin yubileyi Premyer Liqanın 15-ci turunun “Neftçi” ilə matçına təsadüf edib. Hesabında 270 qələbə və 79 heç-heçə olan komanda öz meydanında 51-ci məğlubiyyətini alıb - 1:2.

Çempionatın 1-ci dövrəsindəki ev görüşündə də “Neftçi”yə eyni hesabla uduzan “Qarabağ” öz meydanında rəqibindən xal ala bilməyib. Bu, bakılılar üçün ilkdir. “Ağ-qaralar” iki mərhələli və ya 4 dövrəli çempionatların heç birində “Qarabağ”la hər iki səfər matçında qalib gəlməmişdi.

Ağdam klubu isə tarixində ikinci dəfə eyni komandaya mövsümün hər iki ev matçında məğlub olub. “Neftçi” “Şəmkir”in 19 il əvvəl imza atdığı rekordu təkrarlayıb. 2001/02 mövsümündə qərblilər “Qarabağ” üzərində iki səfər qələbəsi qazanıb - 3:1, 2:0.

Qeyd edək ki, “Qarabağ” “Neftçi” ilə derbilərdə üç dəfə mövsümdə 6 səfər xalı qazanıb. Bu, 2012/13, 2014/15 və 2016/17 mövsümlərinə təsadüf edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30