19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Neftçi” layiqli qələbə qazandı”

“Samir Abasovu təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox danışmağa ehtiyac yoxdur. Gərgin keçdi. Digər məqamlar daha maraqlı idi. Futbolçularından narazı qaldım. İkinci hissədə qırmızı vərəqə alacağımıza hazır idim. Təəssüf ki, bu baş verdi. Oyun nizam-intizamı pozuldu. "Neftçi" qırmızı vərəqə alanadək daha yaxşı oynayırdıq. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Hakim də inamlı qərarlar verdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV turunun matçdan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü epizodları bir neçə gün öncə Hakimlər Komitəsi ilə müzakirə ediblər: "Maraqlı senari alındı. Qarşıda oyunlarımız var. Komandanı yaxşı hazırlamalıyıq. Zədəlilərimiz, cəzalı futbolçularımız var".

Qurbanov Kevin Medianın qırmızı vərəqə almasına münasibət bildirib: "Bu barədə bu gün düşünsəm, daha ciddi cəza ola bilər. Sabah yenidən izləyəcəyəm. Mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur".

Baş məşqçi heyətin kasadlığı ilə bağlı suala belə cavab verib: "Belə hallar olur. Amma mənim heyətlə bağlı narahatlığım yoxdur. Bacara bilərik. Filip Ozobiç gələn həftədən məşqlərə başlayacaq. Elvin Cəfərquliyev qayıdır. Hər şey normaldır. Yetərincə futbolçum var".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30