19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Medina: “Nefçi” ilə oyunda qələbə qazansaq, bir az üstünlük əldə edəcəyik”

"Qarabağ"ın futbolçusu Kevin Medinanın müsahibəsi

- Azərbaycan Kubokunun 1/4 finalında "Qəbələ"ni mübarizədən kənarlaşdırdınız. İlk görüşdə 3:1, cavab matçında isə 3:0 hesablı qələbə qazandınız. Bu görüşlərin asan keçdiyini düşünürsünüzmü?

- İki oyunun nəticələrinə baxanda qələbəmiz asan görünə bilər. Amma asan qarşılaşma yoxdur. "Qəbələ" hörmətə layiq komandadır. Lakin hər iki görüşdə üstün tərəf biz idik.

- Cari mövsüm bir çox görüşdə böyük hesablı qələbələr qazanmısınız. Premyer Liqadakı digər komandalarla səviyyə fərqi o qədərmi çoxdur?

- Xeyr. Bugünkü futbolda bir komanda digərini məğlub edirsə, başqa səbəbləri var. Yaxşı nəticə hər komandanın səviyyəsi yox, konsentrasiya və qələbə istəyi ilə əlaqədardır. Çempionatdakı komandalar arasında səviyyə fərqi çox deyil.

- Yəni "Qəbələ" sizinlə matçlarda oyuna köklənə bilmədi?

- Cavab matçında birinci oyundakı istəklərini hiss etmədim.

- Premyer Liqanın XV turunda "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş haqqında nə deyə bilərsiniz?

- Hər iki komanda üçün gözlənilən qarşılaşmadır. Çox maraqlı oyun olacaq. Bundan əvvəlki iki görüşdə hər komanda bir qələbə qazanıb və turnir cədvəlində də bir-birilərinə yaxındırlar.

- Bu görüşdə hansı nəticə qeydə alına bilər?

- Həqiqətən bu barədə bir fikrim yoxdur. Ancaq qarşıda hədəflərimiz var. İnanıram ki, istədiyimiz nəticəni qazana biləcəyik.

- Rəqibinizin güclü tərəflərini bilirsiniz?

- Hansısa komandanı analiz edən futbolçu deyiləm. Amma "Neftçi"nin yaxşı oyunçuları, yarımmüdafiəsi və kollektivi var.

- Bu görüş çempionun taleyinə nə dərəcədə təsir edəcək?

- Qarşıda Premyer Liqanın hələ çox oyunu var. Amma şübhəsiz ki, qələbə qazansaq, bir az üstünlük əldə edəcəyik.

- "Neftçi" kubokda mübarizəni dayandırıb. Bu amil qarşıdakı görüşdə rəqibinizə mənfi təsir edə bilərmi?

- Belə düşünmürəm. Onlar da çempionluğu hədəfləyiblər. Kubokda uduzsalar da, artıq Premyer Liqaya daha çox konsentrasiya olublar (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30