19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Səbail”in məşqçisinə sərt cəza

"Səbail” ın baş məşqçisinin köməkçisi Vüqar Məmməd 20 oyunluq cəzalandırılıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, onun Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"la cavab matçında (1:2) köməkçi hakim Cavanşir Yusifovu vurması buna səbəb olub.

Bundan başqa, klub 16 000 (on altı min) manat cərimə olunub.

Qeyd edək ki, hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam” qərarı Aftandil Hacıyevin köməkçisinin narazılığına səbəb olub. Bu zaman V.Məmmədin yan xətt hakimini vurduğu bildirilib. O, qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30