25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Səbail"in məşqçisi: "Hakimi vurmamışam, itələmişəm"

"Ardıcıl bir neçə edizodda bizə qarşı səhvlər oldu. Buna da etirazımızı bildirdik. Həmin an yan xətt hakimi Cavanşir Yusifov mənə yaxın idi. Onu qolumla itələdim. Mən onu vurmamışam, sadəcə, bir az önə doğru itələdim".
 
Futbolxeber.az saytınn məlumatına görə bu fikirləri "Report"a açıqlamasında "Səbail"in məşqçisi Vüqar Məmməd Azərbaycan Kubokunun 1/4 finalının "Sumqayıt"la cavab görüşündə oyundan qovulması ilə bağlı danışarkən deyib.
 
42 yaşlı mütəxəssis bildirib ki, köməkçi hakim hadisədən sonra əsas hakimi çağırıb və ona qırmızı vərəqə göstərilib: "Həmin anda bizə leyhimizə penalti təyin olunmalı idi. Lakin ondan öncə də bir neçə epizod var idi ki, əleyhimizə qərarlar verilirdi. Hamısı üst-üstə yığıldı və mən də o reaksiyanı göstərdim".
 
Vüqar Məmməd heç vaxt hakimlik barədə danışmaq istəmədiyini vurğulayıb: "Bəzən etiraz etməmək və danışmamaq olmur. Arxa-arxaya bir neçə epizod var idi. Hətta "Sumqayıt"la ilk matçda da təmiz qolumuz hesaba alınmadı. Cavab görüşündə qapımıza penalti təyin etdilər. Amma orada penaltidən söhbət gedə bilməzdi. Bunların hamısı üst-üstə yığıldı və həmin anda da biruzə verdi. Bu səbəbdən, hakimi itələdim. Yanımda yan xətt hakimi olduğu üçün ona etirazımı bildirdim. Əslində onun günahı yox idi. Ən çox əsas hakimə etiraz etməli idim. Yaxın olduğu üçün bir balaca qolunu itələdim".
 
Məmməd görüşdən sonra itələdiyi referiyə yaxınlaşaraq, üzr istəməsinə baxmayaraq, AFFA İntizam Komitəsindən cəza gözləyəcəyini etiraf edib: "Oyundan sonra düşündüm ki, bu hərəkət artıq idi. Əslində düzgün deyil. Yan xətt hakiminə də yaxınlaşıb üzr istədim. Çünki üzrxahlıq etməmək düzgün olmazdı. Həmin anda bir az emosional vəziyyətdə olduğumdan, bu hərəkəti etdim. Amma etirazımı sözlə bildirsəydim, daha yaxşı olardı. İtələmək düzgün deyildi".
 
Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi yarımfinala adlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30