25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Qarşıya qoyulan minimum məqsədə çatdıq”

"İlk oyunda 3:1 hesablı qələbə qazanmağımıza baxmayaraq, oyunçularımızda yenə də istək var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Qəbələ şəhər stadionunun ot örtüyündə problemin olduğunu bildirib: "Matçın əvvəllərində meydanın durumu daha yaxşı idi. Sonradan dedilər ki, ot örtüyündə bir az problemlər var. Su vurmadılar, topun hərəkəti həddən artıq çətinləşdi. Sonda hər iki komanda adi epizodlarda top itkilərinə çox yol verdi. Bu amil matçın tempini bir qədər aşağı saldı. Buna baxmayaraq, qarşıya qoyulan minimum məqsədə çataraq yarımfinala vəsiqə qazandıq".

Təcrübəli mütəxəssis "Qəbələ" barədə də müsbət fikirlər səsləndirib: "Qəbələ"nin heyətinə baxandan sonra köməkçilərimlə danışdım ki, bu komanda heç bir rəqibdən çəkinmir. Həmişə hücum potensialını yaxşılaşdırmağa çalışırlar. Heyətdə bir neçə rotasiya etmişdilər, meydanda daha çox hücumameyilli oyunçuları var idi. İnanıram ki, "Qəbələ" daha yaxşı oyunlar nümayiş etdirəcək. Bu komandanın yaxşı nəticələrə ehtiyacı var, Qəbələ şəhəri buna layiqdir".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30