20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sənan Qurbanov: "Kəpəz" meydanda bizə əziyyət verdi"

“Rəqib bu gün də öz gücünü göstərdi. Komanda şəklində çox yaxşı müdafiə olundular. Qələbə qazandıq, amma qonaq komanda bizə meydanda əziyyət verdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Kəpəz"lə ilk oyunundan sonra mətbuat konfransında deyib.

Komandanın yeni çalışdırıcısı 1:0 hesablı qələbəni belə şərh edib: “Kəpəz”in 1/8 finalda "Sabah"ı 2:1 hesabı ilə yendiyi matçı analiz etmişdik. Bu gün də çox sıx oynadılar. Bacardığımız qədər müdafiəni yarmağa çalışdıq. İkinci oyunun necə olacağını zaman göstərəcək. Cavab görüşünə ciddi hazırlaşacağıq. Çünki qarşımızda güclü rəqib var. Bunu hamımız dərk edirik".

Qurbanov komandanın aparıcı futbolçularından Sezar Meza Kollini əvəzləməsinin səbəbini belə izah edib: "Sezar bizim üçün çox önəmli futbolçudur. Meydanı tərk etməsi yorğunluqla bağlı deyildi. Digər tərəfdən, Sadio Tounkaranı bu gün iş başında görmək istəyirdim. Bütün futbolçular komandamız üçün dəyərlidir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30