19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

UEFA AVRO-2020 ilə bağlı görüş keçirib

UEFA rəsmiləri yayda keçiriləcək AVRO-2020-ni qəbul edəcək assosiasiyaların/təşkilatçıların nümayəndələri ilə turnirlə bağlı əməliyyat məsələlərini müzakirə etmək üçün videokonfrans formatında görüş keçirib.

Futbolxeber.az saytının məlumatına görə, UEFA daha əvvəl açıqlanmış təqvimə uyğun olaraq Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib.

Tərəflər şəhərlərin üzləşdiyi müxtəlif çətinliklərin qarşısının alınması üçün turnirin təşkili ilə bağlı qəbul olunan qərarlar zamanı çevikliyin vacib olduğunu qeyd ediblər.

Bu və pandemiya fonunda tez-tez dəyişən xarakterə malik situasiya nəzərə alınaraq, azarkeşlərin stadionlara buraxılması ilə bağlı planın təqdim olunması üçün müəyyənləşdirilən son tarix aprel ayına keçirilib.

UEFA-nın prezidenti Aleksander Çeferin deyib: "UEFA Avropa çempionatının daha öncə planlaşdırıldığı kimi, 12 şəhərdə keçirilməsi öhdəliyinə sadiqdir. Avropa çempionatı milli komandalar üçün öncül turnirdir və futbolun bütün səviyyələrdə inkişafı üçün həyati əhəmiyyət kəsb edən maliyyə mənbəyidir. Turnirin vaxtı yaxınlaşdıqca vəziyyətin daha yaxşı olacağına optimist yanaşıram və oyunları qəbul edəcək şəhərlərə/hökumətlərə iyun-iyul aylarında nələrin həyata keçirilməsinin mümkün olacağı barədə ümumi mənzərənin necə olacağını müəyyənləşdirə bilmək üçün daha çox vaxt vermək lazımdır.

Azarkeşlər futbola xüsusilik qazandırır və bu, istər Avropa çempionatı, istərsə də hər hansı digər oyun üçün belədir. Biz onların stadionlara qayıtması üçün əlimizdən gələn hər şeyi etməliyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30