23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Nizami Hacıyev: "Paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik"

"Fasilənin ilk 5 gününü istirahət etdik. Daha sonra məşqlərimiz başladı. Əsasən fiziki hazırlığa üstünlük verdik. Gündəlik iki məşqimiz oldu. Bu bizim fiziki formamızı bərpa etməyimiz üçün vacib idi. Komanda olaraq fasiləni gözəl dəyərləndirdiyimizi deyə bilərəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL - "Qəbələ" matçı öncəsi "qırmızı-qaraların" yarımmüdafiəçisi Nizami Hacıyev söyləyib. O, AZAL-ın güclü komanda olduğunu, lakin "Qəbələ"nin rəqibdən çəkinmədiyini deyib: "AZAL 5 turdan sonra turnir cədvəlinə rəhbərlik edir. Bu onların gücündən xəbər verir. Çox intizamlı komandadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirirlər, oyun distiplinini sona qədər qoruyurlar. Amma bizim də öz oyun üslübumuz var. Əgər məşqçimizin istəklərini sona qədər yerinə yetirə bilsək, öz oyunumuzu rəqibə diktə etməyi bacarsaq, paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik. Komandamızda bu potensial var. Yalnız qələbəni düşünürük. Əgər çempionluq qazanmaq istəyiriksə, hər oyunda qələbə uğrunda mübarizə aparmalıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30