19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

UEFA Gənclər Liqası: “Qəbələ” üçün 7 potensial rəqib

Sabah UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qəbələ”nin də 1/32 finaldakı rəqibi bəlli olacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə əvvəl Çempionlar Liqası yolu, ardınca Çempionlar yolunun iştirakçıları cütlərə bölünəcək. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edəcək.

“Qəbələ” Çempionlar yolunda mübarizə aparacaq. Martın 2-3-də keçiriləcək 1/32 finalın iştirakçıları püşk ərəfəsində qruplara bölünüb. Hər qrupda 8 komanda yer alıb.

Azərbaycan çempionu 4-cü qrupa daxil edilib. “Qəbələ”nin 7 mümkün rəqibi var. Bunlar “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Ludoqorets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30